Hacı Əliyev ilk təsəlliverici görüşdə qalib gəlib

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk təsəlliverici görüşünə çıxıb.

65 kq çəki dərəcəsində yer alan Əliyevin rəqibi misirli Amr Reda Ramadan Husseni olub. Görüşə fəal başlayan titullu pəhləvan işlətdiyi fəndlərlə 4:0 hesabı ilə önə çıxıb. Bu vaxt Hussen qolundan zədələnib. Lakin o, həkim müdaxiləsindən sonra görüşü davam etdirib. İlk hissənin sonlarında yenə zədələnən misirli pəhləvan yerə sərilərək ağrıdan qışqırmağa başlayıb.

Həkimlər Hussenin görüşü davam etdirə bilməyəcəyini deyiblər. Nəticədə Əliyev qalib elan olunub.
Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün daha iki təsəlliverici görüşdə qalib gəlməlidir. Bürünc medal qazanmaq üçün isə 3 rəqibi üstələmək lazımdır. Onun növbəti təsəlliverici görüşdə rəqibi yaponiyalı Takuto Otoquro olacaq.

Digər sərbəst güləşçi Ağahüseyn Mustafayev isə ilk görüşünə çıxıb.
70 kq çəki dərəcəsində yer alan Mustafayevin rəqibi türkiyəli Haydar Yavuz olub. Görüş azərbaycanlı pəhləvanın qələbəsi ilə yekunlaşıb - 10:6.
Mustafayevin 1/8 final mərhələsindəki rəqibi bruneyli Adam Batırov olacaq./report

Tarix
20 Sentyabr 2019 [09:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-20 09:55:14
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin