Heydər Əliyev prospektində avtomobil piyadanı vurub

15:27 - 19 Sentyabr 2019 - HADİSƏ

Nizami rayonunun Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 18-də saat 6 radələrində paytaxtın Nizami rayonunun Heydər Əliyev prospektində Tovuz rayon sakini S.Mahmudov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Rzabala Nizaməddinovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Xəbər xətti