“Qızımın profili oğurlanıb” - Fuad Qəhrəmanlı

15:07 - 19 Sentyabr 2019 - Xəbər

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı qızı Selcan Yağmurun onun haqqında yaydığı sensasion bəyanata cavab verib.

“Qafqazinfo” xəbər verir ki, F. Qəhrəmanlı sosial şəbəkədə bildirib ki, qızının profili oğurlanıb: “Bildirirəm ki, onun adından nə yazılsa, ona aid deyil”.
Xatırladaq ki, Selcan Yağmur adlı sosial şəbəkə hesabında yayılan bəyanatda Fuad Qəhrəmanlının ailədə şiddət göstərdiyi, həyat yoldaşının barmaqlarını, qızının isə dizini sındırdığı qeyd edilib.

Qeyd edək ki, S. Yağmur statusda adı çəkilən, ittiham irəli sürdüyü şəxs, AXCP üzvü Səadət Cahangirin rəyinə cavab da yazıb.


Xəbər xətti