Ana səhifə
12 Dekabr 2018

“Eurovision-2015”də iştirak edən ölkələrin adı açıqlanıb

Gövhər Həsənzadə: ““Eurovision” müsabiqəsi hər il insanları təəccübləndirməyi bacarır”

 

 

«Müsabiqə bitəndən sonra isə belə bir layihənin olduğunu yaddan çıxarırıq”

 

“Eurovision-2015” Avstriyanın  paytaxtı Vyana şəhərində keçiriləcək və 39 ölkə iştirak edəcək. Əvvəlki yarışmadan fərqli olaraq iştirak edən ölkələrin sayı artıb. Kipr, Çexiya və Serbiya yenidən müsabiqəyə qayıdıb. Ukrayna milli televiziyası isə müsabiqədə iştirak etməyəcəyini bildirib. Beləliklə, 60-cı “Eurovision” mahnı müsabiqəsində Albaniya, Avstriya, Azərbaycan, Belarus, Belçika, Kipr, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Makedoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Çernoqoriya, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San Marino, Serbiya, Sloveniya, İspaniya, İsveçrə, İsveç, Böyük Britaniya və Ermənistan təmsil olunacaq. Birinci yarımfinalda 16, ikincidə 17 ölkənin iştirakçısı səhnəyə çıxacaq. Final mərhələsində isə 10 ölkə, böyük beşliyə daxil olan Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya və ev sahibliyi edən Avstriyanın təmsilçisi olacaq.  “Eurovision-2015” mahnı müsabiqəsinə püşkatma mərasimi yanvarın 26-da keçiriləcək. Yarışmanın I və II yarımfinalı mayın 19 və 21-də, final mərhələsi isə 23-də baş tutacaq.

                       Gövhər Həsənzadə

 

“Eurovision-2015” mahnı müsabiqəsi haqqında “Üç nöqtə”yə danışan bəstəkar Gövhər Həsənzadə dedi ki, müsabiqə maddi dəstəklə bağlı layihə olduğu üçün hansısa ölkənin iştirakı və ya iştirak etməməsinə normal baxır: “Hansı ölkənin ifaçı göndərmək imkamı varsa qatılır, yoxdursa qatılmır. Bu, ölkənin daxilində baş verən hadislələrlə bağlıdır. Onu da deyim ki, hansısa bir ölkə uzun illər çıxış edərək ilk onluğa düşməyəndə də narazılıq olur və həmin ölkə müsabiiqədə bir daha iştirak etməyəcəyini bildirir. Buna qeyri-adi bir hadisə kimi yanaşmaq lazım deyil”.

G. Həsənzadə qeyd etdi ki, “Eurovision” müsabiqəsi hər il insanları təəccübləndirməyi bacarır: “Bəzən gözləmədiyimiz bir ölkənin çıxışı bizi təəccübləndirir. Məsələn, keçən il Belarus təmsilçisinin çıxışını çox bəyəndim və bu ölkənin belə musiqi nömrəsi ilə təmsil olunacağını düşünməmişdim. Son illər Moldova təmsilçilərinin çıxışı da xoşuma gəlir, səviyyəli musiqi və şou göstərirlər. Bu il gözləmədiyimiz ölkədən maraqlı musiqi nömrələri təqdim edilə bilər”.

Bəstəkar mətbuatda müsabiqə, o cümlədən dünya ölkələrinin musiqiləri barəsində mütəmadi məlumatlar verilməməsindən şikayətləndi: “Bütün ölkələrin musiqilərindən, bu sahədə baş verən hadisələrdən, maraqlı sənət nümunələrinin təqdimatından məlumatlar verilsə yaxşıdır.  

Niyə bizim Çexiyadan olan ulduz barədə məlumatımız olmasın? Ancaq internetdə 5-6 amerikalı ulduzu, Castin Biber və Rihanna haqqında çıxan xəbərləri görürük. Sanki onlardan başqası yoxdur. Televiziya ekranlarında da tamaşaçılar ən çox onları görürlər. Efirlərimiz, mətbuat  orqanlarımız hər gün dünya incəsənətində baş verən yenilikləri, gözəl musiqiləri xalqımıza maarifləndirmək məqsədilə təqdim etməlidir. Belə olan halda müzakirələr zamanı daha geniş fikir mübadiləsi apara bilərik. İldə bir dəfə “Eurovision” öncəsi bu haqda müzakirə aparırıq. Müsabiqə bitəndən sonra isə belə bir layihənin olduğunu yaddan çıxarırıq”.

                                      Faiq Sücəddinov

 

Bəstəkar Faiq Sücəddinov isə dedi ki, Ukrayna maliyyə ilə bağlı müsabiqəyə qatılmayacaq: “Eurovision-2015”ə Çexiya yenidən qatılıb. “Eurovision” tarixində belə hadislər baş verir, bir ölkə qatılır, digəri imtina edir. Mən  yalnız Azərbaycanın maraqlarını güdürəm və ölkəmizin bu il də  yüksək nəticə göstərməsini və dünyaya səs salmasını gözləyirəm.  Görək inşallah necə olacaq”.

 

 

Rəqsanə

Tarix
5 Yanvar 2015 [15:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin