“Real” Mbappe üçün rekord məbləğ təklif etdi

10:01 - 19 Sentyabr 2019 - İDMAN

İspaniyanın “Real” futbol klubu Fransanın PSJ komandasının hücumçusu Kilian Mbappenin transferi üçün rekord məbləğ ödəmək niyyətindədir.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “TASS” “El Chiringuito TV” telekanalına istinadən yazıb. İspanlar 20 yaşlı Fransa forvardını 275 milyon avroya almaq istəyir. İlkin məlumatlara görə, Mbappe yeni komandanın tərkibində ilə 35 milyon avro qazanacaq. Mükafat ödənişlərinin məbləği isə 5 milyon avro təşkil edəcək. 

Qeyd edək ki, bundan əvvəlki transfer rekordunun məbləği 222 milyon avro təşkil edib. Bunu PSJ İspaniyanın “Barselona” futbol klubunun oyunçusu Neymara görə ödəyib.

Xəbər xətti