Bakıda kişi qadını döyərək 60 manat pulunu alıb

10:57 - 18 Sentyabr 2019 - HADİSƏ

Bakıda kişi qadını döyərək 60 manat pulunu alıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinə müraciət edən Cəlilabad rayon sakini olan qadın sentyabrın 16-da axşam saatlarında bir nəfərin onu döydüyünü, habelə bıçaqla hədələyib 60 manat pulunu aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Q.Rzayev saxlanılıb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır./report

Xəbər xətti