Səfirlik Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib

Azərbaycanda oktyabrın 1-dən 10-dək aparılacaq əhalinin növbəti siyahıyaalınması ilə əlaqədar ölkə xaricində yaşayan vətəndaşlar da sayılacaq.

 Azərbaycanın Gürcüstandakı səfirliyinin Konsulluq xidməti bununla bağlı müraciət yayıb.

Bildirilib ki, Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlar 3x4 ölçüdə bir foto şəkil və pasportun surəti ilə birlikdə bu ilin sentyabrın 30-na qədər səfirliyin konsulluq şöbəsinə yaxınlaşmalıdırlar.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə işləmək, təhsil almaq və digər məqsədlərlə xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının siyahıyaalınması Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları vasitəsilə ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təmin edilməlidir./report

 

Tarix
18 Sentyabr 2019 [10:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-18 10:16:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin