Aşurada qan verən 169 nəfərdə virus aşkarlanıb

09:26 - 18 Sentyabr 2019 - Xəbər

Aşurada qanvermə aksiyasına qoşulan 49 nəfərdə sifilis aşkar olunub.

Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, xəstələrə yardım məqsədilə könüllü qanvermə zamanı 169 nəfərdə virus aşkar olunub. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə 5 min 809 nəfər könüllü qan verib.

Qeyd edək ki, aksiyalarda könüllü qan verən 5 min 809 nəfərdən 2 min 614.1 litr qan tədarük olunub. Dörd infeksiyaya görə Mərkəzi Qan Bankında aparılan müayinələr zamanı cəmi 169 nəfərdə virus aşkar olunub.
HİV1/2 (QİÇS) virusu aşkarlanmayıb.

44 nəfərdə HbsAg (Hepatit B), 76 nəfərdə HCV (Hepatit C), 49 nəfərdə isə sifilis aşkar edilib.
Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilib.

Xəbər xətti