Neft ucuzlaşıb

Dünya bazarında neftin qiymətləri kəskin azalıb. Belə ki, “Brent” markalı neft bir neçə dəqiqə ərzində 5 faizdən artıq ucuzlaşaraq 64,5 dollaradək geriləyib.

“Report” "Rbc.ru”ya istinadən xəbər verir ki, bu rəqəm dünənki hərracların yekun göstəricisinə nisbətən 6,54% azdır. Bənzər dəyişiklik göstərən WTI markalı neftin də bir bareli əvvəlki hərracın yekununa nisbətən 5,4 faiz azalaraq 59,28 dollar səviyyəsinə enib.

Qeyd olunur ki, dünya bazarında neftin kəskin ucuzlaşması Səudiyyə Ərəbistanının neft sənaye müəssisələrinə Yəməndəki husi qiyamçılarının hücumları ilə başlayan kəskin bahalaşmadan sonra meydana gəlib. Belə ki, sentyabrın 16-da “Brent” markalı neftin bir barelinin qiyməti ötən həftənin son hərracındakı səviyyəsinə nisbətən 20 faizədək artaraq 71,95 dollaradək qalxmış, bazar ertəsinin hərracları adıçəkilən markanın 14,61 faiz bahalaşması ilə qapadılmışdı.

Tarix
17 Sentyabr 2019 [20:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-17 20:17:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin