Prokuror Bakıda 22 yaşlı gənci bıçaqlayan şəxsə cəza istəyəcək

17:42 - 16 Sentyabr 2019 - Xəbər

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Nəsimi Əbilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlandığı elan edilib.

Prokuror çıxış üçün vaxt istədiyindən məhkəmə prosesi sentyabrın 23-ə keçirilib.

İttihama görə, Sabunçu rayonunda 1997-ci il təvəllüdlü Kürdəmir rayon sakini Ağayev Əhməd Tofiq oğlu Məhəmmədli qəsəbəsi “Güllücə” kafesinin yanında 1991-ci il təvəllüdlü Binəqədi rayonu, Gülüstan qəsəbəsi ev 14-də yaşayan Əbilov Nəsimi Şahin oğlu tərəfindən bıçaqlanaraq çoxsaylı bədən xəsarətləri alıb. N.Əbilov hadisə yerindən yayınmasına baxmayaraq, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhəmmədli qəsəbəsində hadisə yerinin yaxınlığında saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb./trend

Xəbər xətti