Ana səhifə
25 Aprel 2018

Müsavatçılar yeni başqanı ittiham edirlər

Səxavət Əlisoy: Seçkiyə haram qatdığınız üçün istefa verin”

 

MÜSAVAT Partiyası sentyabrın 27-də özünə yeni başqan seçdi. Amma bu, bir çox müsavatçıları qane etmir və seçkilər ətrafındakı mübahisələr getdikcə qızışır. Qeyd edək ki, qurultayda Arif Hacılı 28 səs üstünlüyü ilə Qubad İbadoğluna qalib gəlib. Amma Q.İbadoğlu tərəfdarları seçkidə yol verdikləri qanun pozuntularına və saxtakarlığa görə A.Hacılı və onun tərəfdarlarını ittiham edirlər.  

Müsavat Partiyasının qurultayında keçirilən başqanlıq seçkilərində namizəd olan və sonra Qubad İbadoğlunun xeyrinə geri çəkilən Səxavət Əlisoy səsvermədən qalib çıxan Arif Hacılını günahlandırıb. S.Əlisoy bu barədə özünün facebook hesabında yazıb. Qurultaydan narazı olan müsavatçılar iddia edir ki, əksər rayonlarda qurultay nümayəndələri ciddi nizamnamə pozğunluğu olmasına baxmayaraq, Arif Hacılıya dəstək üçün seçilib. Arif Hacılıya sərf etməyən rayonlarda nəticələr ya ləğv edilib, ya da rayon təşkilatı buraxılıb. Bununla yanaşı S.Əlisoy Arif Hacılı və onun komandasına bir neçə sual ünvanlayıb: “Arif Hacılı namizədliklə ilgili istefa verdikdən sonra onun kabineti kimlərin sərəncamında olub. Qurltaya təşkilatı olmayan rayonlardan Arif Hacılıya dəstək üçün nümayəndələr seçimi təşkil olunub, ya yox. Qurultay günü QHTK üzvlərinin əksəriyyəti və partiyanın Arif Hacılının tabeçiliyində olan funksionerləri " İsa Qəmbərin mövqeyi Arif Hacılıdır" deyə qurultay nümayəndələrinə xəbərdarlıq etdikləri nə dərəcədə nizamnəmayə uyğun idi.  Nədən Müsavatın yolunda mübarizə aparan fədəkar gənclərdən kimsə Məclis üzvü seçilmədi.”

S. Əlisoy bildirib ki, əgər bu iddialara görə onları ittiham edəcəklərsə, şərəfləri və namusları üzrə and içməlidirlər ki, deyilənlərin heç biri ilə razı deyillər.

“Əgər içinizdə biri çıxıb desə ki, qərəzlisən və onu sübut etsə üzr istəməyə hazıram. Ən azı 7 iddiadan 3-nü qəbul edirsinizsə Müsavat Partiyasının ləyaqət prinsipini əsas götürüb ya üzr istəyin, ya da seçkiyə haram qatdığınız üçün istefa verin. Bu partiyada ya ləyaqət, ya da ləyaqətsizlik qalmalıdır. Hər ikisinin birlikdə fəaliyyəti əsla mümkün olan iş deyil"-S.Əlisoy bəyan edib.

 

Tahirə

Tarix
3 Oktyabr 2014 [10:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ