Qazaxıstanda avtobusla qatar toqquşub, ölən və yaralananlar var

21:40 - 15 Sentyabr 2019 - Xəbər

Qazaxıstanın Alma-Ata vilayətində avtobusla qatar toqquşub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı Nazirliyindən bildiriblər. Məlumata əsasən, toqquşma Şamalqan stansiyası yaxınlığında baş verib. Hadisə nəticəsində 1 nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Xəbər xətti