Mehriban Əliyeva məktəbliləri və tələbələri Bilik Günü münasibətilə təbrik edib

13:29 - 15 Sentyabr 2019 - Xəbər

Əziz məktəblilər, tələbələr. Hörmətli müəllimlər və valideynlər. Sizi bu əziz, sevimli bayram – Bilik Günü münasibətilə təbrik edirəm.

Bu barədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində edilən paylaşımda qeyd edilir.
Paylaşımda bildirilir:

"Bu, yeni dərs ilinin, böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır. Qoy, yeni dərs ili sizə təhsilinizdə böyük uğurlar, maraqlı görüşlər və ixtiralar gətirsin, hər bir məktəbli, tələbə və müəllim üçün uğurlu və məhsuldar olsun. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram.

Əziz dostlar, Bilik Gününüz mübarək!"

Xəbər xətti