Bakıda zəncirvari yol qəzası baş verib -Foto

22:06 - 14 Sentyabr 2019 - HADİSƏ

Bakıda zəncirvari yol qəzası baş verib.

Qəza hava limanına gedən yolda qeydə alınıb. Belə ki, qəzada dörd avtomobil - “Lexus”,“Mercedes-Benz”, “VAZ-2106” və “Volkswagen” markalı avtomobillər toqquşub. “Volkswagen” markalı “99-HT-985” dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü İbrahim Nağıyev deyib ki, qəza sıxlıq zamanı baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya “VAZ-2106” markalı avtomobilin sürücüsü səbəb olub.
Qəzada xəsarət alan olmasa da avtomobillər ziyan dəyib. Hadisə yolda tıxaca səbəb olub./report


Xəbər xətti