“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda

16:13 - 14 Sentyabr 2019 - İDMAN

Premyer Liqanın IV turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Neftçi” matçının biletləri sabahdan etibarən satışa çıxarılacaq.

Ağdam klubunun feysbuk səhifəsində verilən məlumata görə, qiyməti 1 manat təşkil edən biletləri sabah saat 17:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassasından əldə etmək olar.

Hazırda stadionun kassalarında UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Ağdam təmsilçisinin İspaniya “Sevilya”sı ilə görüşünün bilet satışı davam etdiyi üçün kassaların yalnız birində bu matçın biletləri satışa çıxarılacaq.

Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 20:30-da başlayacaq.

Xəbər xətti