"Qarabağ" - "Sevilya" oyununa nə qədər bilet satılıb?

10:05 - 14 Sentyabr 2019 - İDMAN

Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçirilləcək "Qarabağ" - "Sevilya" matçına maraq olduqca böyükdür.

Biletlərin satışa çıxarıldığı ilk gündə 10 min bilet satılıb. Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir.

Biletlərin satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn)

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sevilya" matçına saat 20:55-də start veriləcək./trend

Xəbər xətti