Məhəmmədrəsul Məcidov peşəkar boksda ilk döyüşdə qalib olub

08:56 - 14 Sentyabr 2019 - İDMAN

Azərbaycanın üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov peşəkar boksda ilk döyüşünü keçirib.

"Report"un məlumatına görə, bu barədə Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov bildirib. Məcidovun rəqibi ABŞ təmsilçisi Ed Fonteyn olub. Nyu-Yorkdakı "Medison Skver Qarden"də təşkil olunmuş qarşılaşma Məcidovun qələbəsi ilə yekunlaşıb. Otuz üç yaşlı idmançı üçüncü raundda texniki nokautla qələbə qazanıb.

Qeyd edək ki, Ed Fonteyn peşəkar rinqdəki 12 döyüşündə 7 qələbə qazanmışdı.

Xəbər xətti