Abşeronda avtomobil 42 yaşlı kişini vurub

23:09 - 13 Sentyabr 2019 - HADİSƏ

Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Novxanı yolunda qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Quliyev Pərviz Fəyyaz oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Xəbər xətti