Qazaxda iş zamanı torpaq uçqunu baş verib, ölən və yaralanan var

21:13 - 13 Sentyabr 2019 - HADİSƏ

Qazax rayonunda torpaq uçqunu baş verib.

Hadisə Qarapapaq kəndində qeydə alınıb. Belə ki, kanalizasiya sisteminin yenilənməsi işləri aparılarkən torpaq uçqunu olub. Nəticədə Qazax rayonu, Çaylı kənd sakini, 1983-cü il təvəllüdlü Qocalı Gündüz Məşədi oğlu ölüb, Ağstafa rayon sakini, 1970-ci il təvəllüdlü Məmmədov Niftalı Həsən oğlu isə xəsarət alıb. Yaralı Qazax rayon Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti