“Sədərək”də qadın mağazadan geyim əşyaları oğurlayıb

14:09 - 13 Sentyabr 2019 - HADİSƏ

“Sədərək” Ticarət Mərkəzində qadın mağazadan geyim əşyaları oğurlayıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 12-də saat 13 radələrində “Sədərək” Ticarət Mərkəzindəki mağazaların birindən 200 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən qadın ərazidə xidmət aparan Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

10-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Şirvan şəhər sakini olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti