Pirallahıda ağır qəza- 1 nəfər öldü, 3 nəfər yaralandı

12:52 - 13 Sentyabr 2019 - HADİSƏ

Bakıda ağır yol qəzası baş verib.

Hadisə bu gün Pirallahı rayonunun eyniadlı qəsəbəsində baş verib. Qəsəbənin girişində yük avtomobili ilə minik avtomobili toqquşub.

Hadisə nəticəsində 1 nəfər kişi aldığı xəsarətlərdən dünyasını dəyişib,
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə yollanan Təcili Tibbi Yardım briqadası tərəfindən 3 nəfər müayinə olunur. 3 nəfərdən birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Həkimlər onu Təcili Tibbi Yardım avtomobili ilə 3 saylı şəhər xəstəxanasına aparıblar.

Xəbər xətti