“Qarabağ” – “Sevilya” matçının biletləri satışda

10:35 - 13 Sentyabr 2019 - İDMAN

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk ev oyununu keçirəcək.

Ağdam klubu İspaniya təmsilçisi “Sevilya” ilə qarşılaşacaq.
Klubdan veriln məlumata görə, artıq qarşılaşma üçün biletlər bu gündən satışa çıxarılır. Amma biletlərin satış nöqtələri və qiyməti barədə hələlik, məlumat verilmir.

Qeyd edək ki, “Qarabağ” - “Sevilya” matçı sentyabrın 19-da saat 20:55-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər xətti