Metroda üzərində narkotik maddələr olan şəxs saxlanılıb

10:20 - 13 Sentyabr 2019 - HADİSƏ

Bakı Metropolitenində üzərində narkotik maddələr olan şəxs saxlanılıb.

 "Bakı Metropoliteni"ndə Pols Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini, 1976-cı il təvəllüdlü M.Qasımov saxlanılan zaman onun üzərinə baxış keçirilib.
Onun üzərindən 6,157 q heroin, 8 ədəd metamfetamin həbi götürülüb.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti