Bakıda qadın ərini polisə verdi- 1500 manat pulunu oğurlayıb

09:07 - 13 Sentyabr 2019 - HADİSƏ

Bakı sakini ərinin ondan oğurluq etməsi ilə bağlı polisə müraciət edib

Hadisə paytaxtın Nizami rayonunda baş verib. Belə ki, Nəsimi küçəsində yerləşən mənzildə yaşayan 1969-cu il təvəllüdlü İstifa İsmayılova Nizami Rayon Polis İdarəsinə şikayət edib ki, əri İmran İsmayılov ona məxsus dolabdan 1500 manat pul oğurlayıb.

Faktla bağlı İ.İsmayılov məsuliyyətə cəlb edilib. /Apa

Xəbər xətti