Bakı-Horadiz qatarında ləngimə

Bu gün saat 03:40 radələrində Bakı-Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı Osmalı-Mürsəlli mənzilində olarkən qatarda texniki nasazlıq yaranıb.

Bu barədə Oxu.Az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova məlumat verib.  O bildirib ki, nasazlıq aradan qaldırıldıqdan sonra qatar təyinatı üzrə yola salınıb:

“Nasazlığın səbəbləri araşdırılır. Hadisə nəticəsində qatar 1 saat 10 dəqiqə ləngiyib”.

Tarix
12 Sentyabr 2019 [09:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-12 09:37:48
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin