Ana səhifə Mobil versiya
16 Sentyabr 2019

Bu saata qədər keçirilən qanvermə aksiyasında 2430.5 litr qan toplanıb -Rəsmi

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyasında 5401 nəfər könüllü olaraq qan verib. Bu barədə Səhiyyə Nazirliyindən Trend-ə bildirilib. Nazirlikdən qeyd edilib ki, saat 15:00-a olan məlumata əsasən, bu şəxslərdən 2430.5 litr qan tədarük olunub. Qeyd edək ki, Aşura günü 28 şəhər və rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq. Aksiyalar saat 09:00-dan başlayıb. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Tarix
10 Sentyabr 2019 [15:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-10 15:26:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin