Ana səhifə Mobil versiya
16 Sentyabr 2019

"Məhsul" stadionunda təmir başlanılıb

Bakının Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksində (“Məhsul” stadionu) və ətraf ərazidə əsaslı təmir və tikinti işlərinə başlanıb.

Yasamal Rayon İcra Hakimiyyətindən Ucnoqta.az-a verilən məlumata görə, Yasamal rayonunun mərkəzində yerləşən və son illər ərzində təmirsiz qalan azsaylı idman məkanlarından biri olan bu stadion artıq uzun illərdir ki, əsaslı təmir aparılmaması, baxımsız qalması səbəbindən pis vəziyyətə düşüb.

Buna görə burada hər hansı idman tədbirlərin keçirilməsi mümkünsüz olub, stadion gecə saatlarında tüfeyli həyat tərzi keçirən şəxslərin yığılma yerinə çevrilib, bu da ətraf binalarda yaşayan sakinlərin narazılığına səbəb olub.

Sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, həmçinin stadionun müxtəlif idman yarışları üçün yararlı vəziyyətə salmaq, burada idman qurğularını, ot örtüyünü yeniləmək məqsədilə Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksində (“Məhsul” stadionu) əsaslı təmir işlərinə başlanıb.

Tarix
10 Sentyabr 2019 [12:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-10 12:42:57
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin