Vilayət Eyvazovdan yeni - TƏYİNAT

12:22 - 10 Sentyabr 2019 - Xəbər

Masallı Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavinliyinə yeni təyinat olub.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Anar Xəlilov bu vəzifəyə təyin edilib. A.Xəlilov bu təyinata qədər Masallı RPŞ-nin istintaq bölməsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev xəbəri Oxu.Az-a təsdiqləyib.

Xəbər xətti