Bakıda binanın eyvanı uçdu -Foto

11:06 - 10 Sentyabr 2019 - Xəbər

Bakıda yaşayış binasının eyvanı uçub.

Trend-in məlumatına görə, hadisə Şövkət Ələkbərova küçəsində qeydə alınıb. Binanın ikinci mərtəbəsinin uçan eyvan zirzəmidə olan obyektin damına dağılıb. Qəza yerinə Fövqəladə Hallar Nazilriyinin əməkdaşları cəlb olunublar.

Şahidlərin sözlərinıə görə, hadisədə xəsarət alan yoxdur.

Xəbər xətti