Ana səhifə Mobil versiya
16 Sentyabr 2019

"O, Messi kimi hamını keçib qol vurdu” - Vlaşiç

“Bu heç-heçəyə nəsə demək çətindir. Artıq qarşıdakı oyunlara baxmalıyıq”.

Bunu Xorvatiya yığmasının yarımmüdafiəçisi Nikola Vlaşiç deyib. Dünya ikinisi AÇ-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycan millisi ilə 1:1 hesablı bərabərə qalıb.

Qarşılaşmadan sonra ölkəsinin mətbuatına danışan 22 yaşlı pleymeyker millimizin müdafiəçisi Təmkin Xəlilzadənin argentinalı superulduz Lionel Messi kimi qol vurduğunu söyləyib: “Buraxdığımız qol epizodunda rəqibin oyunçusuna yaxın idik. Ancaq o, Messi kimi hamını aldadıb, qol vurdu. İlk hissədə yaratdığımız qol vəziyyətləri zamanı qapıçının reaksiyasına isə sözüm yoxdu. Yolumuzu çətinləşdirdiyimiz üçün hamı məyusdu. Amma hər şey yenə də öz əlimizdədi. Slovaklara qarşı oyunu növbəti matçlarda da təkrarlamaq kifayət edər. Macarıstanla qarşıdakı görüşdə mütləq 3 xal almalıyıq. Azarkeşlərimizin möhtəşəm dəstəyi ilə bunu bacaracağımıza inanıram”./qafqazinfo

Tarix
10 Sentyabr 2019 [10:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-10 10:49:54
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin