Bakıda 19 yaşlı qızı maşın vurub qaçdı

22:32 - 9 Sentyabr 2019 - HADİSƏ

Bakıda gənc qızı maşın vurub.

Hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. Qəsəbə ərazisindəki "Rahat Market"in qarşısında naməlum avtomobil yolu keçmək istəyən piyada, 2000-ci il təvəllüdlü Bəşirova Nəzrin Şakir qızını vurub. Sürücü dərhal hadisə yerindən qaçıb.

Yaxınlıqdakı şəxslərin köməkliyi ilə yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./trend

Xəbər xətti