Avro-2020: Azərbaycan ilk xalını qazandı

21:57 - 9 Sentyabr 2019 - İDMAN

"Avro-2020"nin seçmə mərhələsində VI turun oyunları keçirilir.

Azərbaycan millisi də doğma azarkeşləri önündə Xorvatiya millisini qəbul edib. Oyunda hesabı qonaqlar açıb. Luka Modriç penaltidən fərqlənib. Lakin ikinci hissədə millimiz bərabərlik qolunu vurmağı bacarıb. Təmkin Xəlilzadə möhtəşəm qola imza atıb.

Oyun 1:1 hesabı ilə başa çatıb. Bununla millimiz seçmə mərhələdə ilk xalını qazanıb.

AVRO-2020-nin seçmə mərhələsi

VI tur
E qrupu

9 sentyabr
20:00. Azərbaycan - Xorvatiya - 1:1

Qol: Təmkin Xəlilzadə, 72 - Luka Modriç, 11 (pen)
/qafqazinfo

Xəbər xətti