Ağstafada "Niva" ilə "Mercedes" toqquşdu: bir nəfər öldü

19:04 - 9 Sentyabr 2019 - HADİSƏ

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb. "Niva" markalı avtomobillə "Mercedes" markalı maşın toqquşub.

Nəticədə "Niva"da olan 30 yaşlı Elvin Rasim oğlu Heydərov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır./Oxu.az

Xəbər xətti