Bakının mərkəzində gözəllik salonu yandı

14:17 - 9 Sentyabr 2019 - HADİSƏ

Bakı şəhərinin Nəsimi rayonunda yanğın qeydə alınıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 45 m² olan gözəllik salonunda 1 ədəd elektrik lövhəsi və məişət texnikası yanıb, yüksək temperaturdan lambirindən ibarət divar üzlüyü 1 m² sahədə əriyib. Salonun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Xəbər xətti