Avtomobildən külli miqdarda pul oğurlayan qadın tutulub

11:44 - 9 Sentyabr 2019 - HADİSƏ

Göygöldə avtomobildən oğurluq olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Mercedes” markalı avtomobildən 3500 manat pul oğurlamaqda şübhəli bilinən D.Mehdiyeva saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti