Xaçmazda dost dostunun boğazını kəsdi

22:45 - 8 Sentyabr 2019 - HADİSƏ

Xaçmazda iki dostdan biri o birinin boğazını kəsib.

Hadisə şəhərin Alı Mustafayev küçəsində qeydə alınıb. Xaçmaz şəhər sakini, 23 yaşlı Əziz Zahir oğlu Bəşirov 20 yaşlı Nurlan Arif oğlu Rzayevin  boğazından  bıçaqlayıb. Xəsarət alan şəxsin vəziyyəti ağır olduğundan, onu paytaxtdakı tibb müəssisələrindən birinə aparıblar. Hadisənin şəxsi münasibətlər  zəminində baş verdiyi bildirilir.

Hadisəni törədən Əziz Bəşirov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır./Oxu.az

Xəbər xətti