Cəlilabadda elektrik naqilləri qırılıb, iki baş iribuynuzlu heyvan tələf olub

15:50 - 8 Sentyabr 2019 - HADİSƏ

Cəlilabad rayonunda elektrik naqillərinin işıq dirəyindən qırılaraq yerə düşməsi nəticəsində iki baş iribuynuzlu heyvan tələf olub. "Report"un məlumatına görə, hadisə Alar kəndində qeydə alınıb. Belə ki, rayon ərazisində müşahidə olunan külək və yağış nəticəsində yüksək gərginlikli elektrik naqilləri qırılaraq kənd sakinləri - Rəsul Fərzullayevə və Vüsal Hüseynova məxsus iki iribuynuzlu heyvanın (inək) üzərinə düşüb. Nəticədə hər iki heyvan tələf olub. Kənd sakinləri bununla bağlı rayonun hüquq-mühafizə orqanlarına və "Azərişıq" ASC-nin Cəlilabad Elektrik Şəbəkəsinə məlumat veriblər. Hadisə ilə əlaqədar olaraq Alar kəndinə elektrik enerjisinin verilişi dayandırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Xəbər xətti