Azərbaycan XİN Braziliyanı Müstəqillik Günü münasibətilə təbrik edib

21:08 - 7 Sentyabr 2019 - SİYASƏT

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Braziliya Federativ Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan XİN-in rəsmi "Twitter" hesabında qeyd olunub.
"Biz Braziliya Federativ Respublikasını Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik. İnanırıq ki, Azərbaycan və Braziliya arasında əlaqələr xalqlarımızın mənafeyi naminə dostluq və əməkdaşlıq üzərində inkişaf edəcək və genişlənəcək", - təbrikdə belə deyilir. 

Xəbər xətti