Bakıda 3 otaqlı ev yanıb

10:49 - 7 Sentyabr 2019 - HADİSƏ

Bakıda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, şəhərin Qaradağ rayonunda ümumi sahəsi 80 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti