Azərbaycanda DƏHŞƏTLİ QƏTL: qayın gəlini kəndirlə boğdu - 2 aylıq körpəsi var

11:51 - 6 Sentyabr 2019 - HADİSƏ

Ağsuda iki aylıq körpə anası qətlə yetirilib.

Hadisə səhər saatlarında, rayonun Qiyaslı kəndində baş verib. İlkin məlumatlara görə, Qiyaslı kənd sakini Nəriman Zahidov  qardaşının həyat yoldaşı, 19 yaşlı Xumar Zahidovanı kəndirlə boğaraq öldürüb.

Yoldaşı hərbçi olan gənc ananın iki aylıq körpəsi var. Hadisənin hansı şəraitdə baş verməsi və səbəbləri Ağsu rayon Prokurorluğu tərəfindən araşdırmalardan sonra bəlli olacaq./qafqazinfo

Xəbər xətti