Xaçmazda məktəb direktoru avtomobillə piyadanı vuraraq öldürüb

11:00 - 6 Sentyabr 2019 - HADİSƏ

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Qəndob-Yalama yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Xaçmaz rayonunun Nabran kənd sakini, 1960-cı il təvəllüdlü Orucov Mirbala Zülfüqar oğlu idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə piyada, Qusarçay kənd sakini, 1960-cı il təvəllüdlü Caniyev İslam İbrahimxəlil oğlunu vuraraq öldürüb.

Qeyd edək ki, M. Orucov Nabran kənd məktəbinin direktorudur.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti