Ana səhifə
15 Dekabr 2018

7 rayon necə qayıdacaq?

Rus politoloq Sergey Markov yenə Qarabağdan danışdı

 

 

Azərbaycan və Ermənistanın böyük güzəştləri üçün əlverişli geosiyasi durum yaranıb.

 

Ucnoqta.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bunu Rusiya Dövlət Dumasının keçmiş deputatı, politoloq Sergey Markov bildirib.

 

Rus politoloq Azərbaycan və Ermənistan siyasətçilərinin Qarabağı qaytarılması üzrə fəal danışıqlar aparması barədə daha əvvəl dediyi sözləri də xatırladıb və ehtimal etdiyi güzəştləri bununla bağlayıb. Onun fikrincə, güzəşt dedikdə Ermənistanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonu qaytarması, Azərbaycan və Türkiyənin isə sərhədləri açması başa düşülməlidir.

 

“Amma, mənim fikrimcə, bu müvəqqəti həlldir, çünki Dağlıq Qarabağın statusu məsələsinə aydınlıq gətirmir. Amma bununla belə bu, müsbət danışıqlar üçün əsas yaradır”,- deyə Sergey Markov vurğulayıb.

Tarix
11 Oktyabr 2014 [16:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin