Qaxda fərdi yaşayış evi yanıb - Video

21:39 - 4 Sentyabr 2019 - HADİSƏ

Qax rayonunda fərdi yaşayış evində yanğın olub. 

Hadisə Tasmalı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Səfərəli Camalova məxsus ümumi sahəsi 165 kvadratmetr olan yaşayış evində yanğın baş verib. Hadisə yerinə Qax və Zaqatala rayonlarının yanğından mühafizə hissələrinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində ev içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. Evə bitişik yarımtikili və həyətdə olan tövlə isə yanğından mühafizə olunub. Yanğın zamanı evdə heç kim olmayıb.

Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır./report

 

Xəbər xətti