Şabranda iki maşın toqquşub, xəsarət alanlar var

15:45 - 4 Sentyabr 2019 - HADİSƏ

Şabran rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib. 


"Report"un şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şahnazərli kəndi ərazisində qeydə alınıb. 

İki minik avtomobilinin toqquşması nəticəsində Sumqayıt şəhər sakinləri – 1985-ci il təvəllüdlü Namiq Mahmud oğlu İbrahimov və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Minarə Əmirəhməd qızı İbrahimova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə zamanı daha bir nəfərin xəsarət aldığı bildirilir və həmin şəxsin kimliyi araşdırlır. Xəsarət alan hər 3 şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Xəbər xətti