Hamilə qadın mübahisə edib özünü avtomobildən atdı - VİDEO

14:26 - 4 Sentyabr 2019 - HADİSƏ

Türkiyənin Adana vilayətində hərəkətdə olan avtomobildən özünü atan hamilə qadın yaralanıb.

Ucnoqta.az İHA-ya istinadən xəbər verir ki, Şanlıurfada kirayə götürdükləri 34 LP 5151 qeydiyyat nömrə nişanlı maşınla Mərsinə tətilə gedən Əli və Özləm G. cütlüyü, geri qayıdan zaman mübahisə ediblər. Bundan sonra Özləm G., Adanada, Turxan Camal  Beriker bulvarında, hələ ki naməlum səbəblərdən hərəkətdə olan avtomobildən özünü atıb. Bu arada, maşının arxası ilə irəliləyən Asayiş Şöbə İdarəsinin polisləri yaralı qadına ilkin tibbi yardım göstəriblər. Özləm G., təcili tibbi yardım maşını ilə şəhər xəstəxanasına çatdırılıb.

Hadisə yerində bir müddət göz yaşı tökən Əli G., jurnalistlərə açıqlama verərək, “Hər kəs xanımı ilə mübahisə edir. Polis qardaşlar hadisəni çox böyütdülər. Yoldaşım qapını açıb aşağı tullandı. Saatda 20 kilometr sürətlə gedirdik, mən də yavaşladım. Çox şükür, avtomobilin altında qalıb ölmədi. Qarnında körpə var, ona belə yazığı gəlmədi. Gedib boşansın məni sevmirsə. Biz sevərək evlənmişik” – deyə söyləyib.

Əli G., həbs edilərək Şakirpaşa Polis Mərkəzinə aparılıb.

 

Namiq Musayev

 

 

Xəbər xətti