DÇ-2022-nin loqosu təqdim edildi

12:00 - 4 Sentyabr 2019 - İDMAN

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının loqosu müəyyənləşib.

Rəsmi loqo Qətərin paytaxtı Dohada təşkil olunan xüsusi tədbirdə təqdim olunub. Mundialın loqosunda istifadə olunan “8” rəqəminin DÇ-2022-nin oyunlarına ev sahibliyi edəcək stadionların sayını və sonsuzluq işarəsini özündə əks etdirdiyi vurğulanıb.

Qeyd edək ki, 32 komandanın qatılacağı DÇ-2022 21 noyabr - 18 dekabr tarixləri arasında keçiriləcək./trend

Xəbər xətti