Masazırda avtoyuma işçisini cərəyan vurub öldürdü

11:09 - 4 Sentyabr 2019 - HADİSƏ

Abşeron rayonunda avtomobil yuyan şəxsi elektrik cərəyanı vurub.

Hadisə rayonun Masazır qəsəbəsində, "Əlincə" Futbol klubunun qarşısındakı avtoyuma məntəqəsində baş verib.
Avtoyuma məntəqəsində işləyən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Aqapov Vadim Viktoroviç "Zil" markalı yük avtomobilini yuyarkən açıq elektrik xəttinə toxunub. Nəticədə o, yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır./trend

Xəbər xətti