Saatlı sakini Bakıda qətlə yetirilib

23:09 - 3 Sentyabr 2019 - HADİSƏ

Binəqədi rayonunda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib. Saatlı rayon sakini, 1976-cı il təvəllüdlü İsgəndərov Əflan Suvarağa oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, xəstəxanada dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. /oxu.az

Xəbər xətti