Qobustanda qardaş bacısını bıçaqlayıb

21:53 - 3 Sentyabr 2019 - HADİSƏ

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb. Belə ki, 1966-cı il təvəllüdlü Qurbanova Məlahət Bəybala qızı qardaşı tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil./report

Xəbər xətti