İbtidai sinif şagirdlərinə bıçaqla hücum: 8 ölü, 2 yaralı

12:41 - 3 Sentyabr 2019 - HADİSƏ

Çinin Enşi şəhərində ibtidai sinif şagirdlərinə bıçaqla edilən hücum nəticəsində 8 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hücum yeni tədris ilinin ilk günü baş verib. Polis qətli törədən 40 yaşlı yerli sakini saxlayıb.

Hadisədən sonra 10 məktəbli dərhal xəstəxanaya çatdırılıb, ancaq onlardan yalnız ikisinin həyatını xilas etmək mümkün olub.

Polis insidentin motivlərini araşdırır.

 

Namiq Musayev

Xəbər xətti